Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Rəşad Rəşid oğlu Quliyev 1983-cü il sentyabrın 23-də Xətai rayonunda anadan olub.
QHT.az xəbər verir ki, 1998-2000-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2000-2004-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. 2016-cı ilin "Aprel" döyüşlərinin də iştirakçısı olan Rəşad Quliyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın 7-də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Rəşad Quliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!






