Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində Zəngilan rayonu Məmmədbəyli kəndinə köçlə bağlı püşkatma keçirilib.
QHT.az xəbər verir ki, bu barədə məlumatı “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov bildirib. Onun sözlərinə görə, İctimai Şura sədri olaraq bu mərasimdə iştirak edib:
"Vətəninə dönən keçmiş məcburi köçkünlər çox sevincli idilər. İctimai Şura olaraq püşkatma mərasiminin qanuna müvafiq olaraq şəffav təşkilinə görə Komitə əməkdaşlarına öz təşəkkürümüzü bildiririk".






