“Azərbaycan media sahəsində ciddi problemlər hələ də qalmaqdadır. Cəmiyyətdə baş verən inkişaf və yaxud durğunluq jurnalistikadan yan keçmir. Bu sahənin xilası naminə inkişaf strategiyası və yaxud yol xəritəsi işlənib hazırlanmalıdır”.
Bu sözləri ekspert, QHT- sədri Əkrəm Bəydəmirli QHT.az- a açıqlamasında bildirib. O. Qeyd edib ki, təhsildə baş verən problemlər cəmiyyətdə savadsızlığa rəvac verir: “Zaman- zaman çox intellektli insanlar jurnalistikanı incidilərək və yaxud başqa səbəblərdən tərk ediblər. Əvəzində isə təsadüfi şəxslər mediaya gəlib. Bu daha çox telekanallarda acınacaqlı şəkildə hiss olunur”.
Ekspert sosial şəbəkələrin əhatə dairəsinin sürətlə genişlənməsi və iştirakçı sayının artması bir çox hallarda jurnalistikaya marağı azaldığını bildirib: “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin fəaliyyətində ciddi qüsurlar görünür. Onlar KİVDF-nin etdiyi səhvləri təkar etməməlidir. Fədakar, öz peşəsini ləyaqətlə davam etdirən, heç zaman qürurunu qırmayan jurnalistikanın qorunub saxanması dövlətimizin, medianın, ümumilikdə cəmiyyətin strateji maraqlarına xidmət edir”.
Sonda Əkrəm Bəydəmirli medianın fədailərinin bayramını təbrik edib.
Pərvanə Fərhadqızı












