Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi İctimai Birliyi bu aydan etibarən “Regionlarda müharibədən zərər çəkmiş şəxslərin sosial xidmətlərə əlçatanlığının təmini və onlara sosial-psixoloji reabilitasiya xidmətlərinin təşkili” adlı layihəsinin icrasını davam etdirilir.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihənin icrası ilə bağlı işlər davam etdirilir, aidiyyəti qurumlarla əməkdaşlıqlar qurulur, müvafiq müqavilələr bağlanılır.
Ağstafa və Tovuz rayonlarında müharibədən zərər cəkmiş şəxslərə müxtəlif testlər, metodlar və terapiyalar vasitəsi ilə psixoloji reabilitasiya xidmətinin təşkili, müharibədən zərər cəkmiş şəxslərin sosial problemlərinin sosial işçilər tərəfindən öyrənilməsi, təhlil edilməsi, qiymətləndirilməsi və onların müxtəlif sosial xidmətlərə yönəldilməsi, sosial xidmət və sosial iş sahəsində müharibədən zərər çəkmiş şəxslərə işləyənlərin bilik və bacarıqların artırılması üçün maarifləndirici tədbirin təşkil edilməsi, benefsiarların sosial-psixoloji və sosial xidmət ehtiyaclarının öyrənilməsi və həmin ehtiyaclardan irəli gələn problemlərin müvafiq dövlət orqanları qarşısında qaldırılması məsələləri həll olunur.
Əlaqə vasitələri ilə müraciət edə bilərsiniz: (055) 612 85 45; (012) 310 37 78
Pərvanə Fərhadqızı












