ABŞ alimləri suya alternativ olaraq həyat üçün yeni mühit kəşf ediblər.

QHT.az xəbər verir ki, ABŞ -ın Massaçusets Texnologiya İnstitutu (MIT-in) 2025-ci il avqustun 11-də dərc olunan araşdırmasına görə, ion mayeləri – 100°C-dən aşağı temperaturda maye qalan duzlar – digər planetlərdə həyat üçün əlverişli ola bilər. Təcrübələr göstərib ki, bu mayelər biomolekulları qoruyur, ekstremal şəraitdə sabit qalır və kosmosda mövcud maddələrdən təbii şəkildə əmələ gələ bilər.

Kəşf “yaşayış zonasını” genişləndirir: Venera, Mars və buzlu peyklər kimi suyun sabit olmadığı aləmlər də həyat üçün potensial mühit sayılır. Alimlər qeyd edirlər ki, artıq yerdənkənar həyat axtarışında yalnız suya deyil, digər mayelərə də diqqət yetirilməlidir.

 

R.İmanov