“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən büdcə artımlarının növbəti ildə də davam etdiriləcəyini bildirib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, Milli Məclisdə 2026-cı ilin büdcə müzakirələri zamanı Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 8 milyard 483 milyon manat səviyyəsində proqnozlaşdırıldığı açıqlanıb:

"Bu məbləğin 8 milyard 196 milyon manatı, yəni 96,6%-i, birbaşa əhaliyə ödənişlərə yönəldiləcək. 2026-cı ildə 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması nəzərdə tutulur. Eyni zamanda, əhalinin özünəməşğulluq, məşğulluq proqramlarında aktiv iştirakının və peşə təhsili istiqamətinə təşviqinin gücləndirilməsi əsas prioritet kimi davam etdiriləcək".

 

Pərvanə Fərhadqızı