Bir sıra QHT-lərin qanunsuz olaraq saxta orden və medallar verməsi barədə məlumatlar yayılıb. Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə bəyanatla çıxış edib. Qanuna görə, orden və medallar yalnız dövlət tərəfindən vətəndaşlara xüsusi xidmətlərinə görə verilə bilər. 

QHT.az xəbər verir ki, məsələ ilə bağlı “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib ki, insanın əməyinə verilən dəyər saxta olmamalıdır.  Onun sözlərinə görə, bu məsələ bir dəfə müzakirə olunub:

"İnsanın əməyinə verilən dəyər saxta olmamalıdır. İkincisi, uğur qazanmış insanlar var ki, onların heç bir həqiqi və ya saxta medalı yoxdur, amma irtaya qoyacaqları ciddi işləri var. Saxta medal başqasını aldatmaqdan başqa heç nəyə yaramır. Onu daşıyan insan da yalnız özünü aldatmış olur. Təəssüf ki, bizim camiyyənin adını batıran belə düşüncəsiz insanlar var”.

 

 

Pərvanə Fərhadqızı