Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi bəzi qeyri-hökumət təşkilatlarının qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi və onların təqdim edilməsi ilə bağlı birgə bəyanat yayıb.
QHT.az xəbər verir ki, məsələ ictimai müzakirələr doğurub və QHT nümayəndələri də öz mövqelərini bildiriblər.
“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri Vüsalə Sadıqova bildirib ki, Dövlət təltifləri yalnız dövlətin səlahiyyəti daxilində verilməlidir:
"Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu məsələdəki qəti mövqeyini dəstəkləyirəm və qanunun aliliyinin təmin olunmasını vacib hesab edirəm.”
QHT sədri vurğulayıb ki, ictimai birliklərin vəzifəsi maarifləndirmək, sosial təşəbbüslərlə çıxış etmək və cəmiyyətin inkişafına töhfə verməkdir. Dövlətin səlahiyyətlərinə aid olan məsələlərə müdaxilə etmək isə qanunsuz və yolverilməzdir.
Pərvanə Fərhadqızı






