Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyi tərəfindən 4 oktyabr tarixində Azərbaycan Uşaqlar İctimai Birliyi və Uşaq Sığınacağı Mərkəzi ilə birgə yaradıcı master-klass tədbiri təşkil olunub.
QHT.az xəbər verir ki, tədbirdə müxtəlif yaş qruplarından olan iştirakçılar – azyaşlı uşaqlardan tutmuş gənclərə qədər – rəssamlarla birlikdə keramika fiqurları üzərində bədii rəsmlər çəkərək, öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər. Bu fəaliyyət zamanı uşaqlar və gənclər həm əyləncəli, həm də öyrədici anlar yaşayıb, incəsənətin müalicəvi və birləşdirici gücünü hiss ediblər.
Tədbir iştirakçıların üzündə təbəssüm, qəlbində isə yaradıcılıq ruhu oyadıb. Birliyimiz belə bir sosial və mədəni layihədə iştirak etməkdən, uşaqları və gəncləri bir araya gətirərək onlarla mənalı zaman keçirməkdən dərin məmnunluq duyur.






