Cənubi Qafqazda “femenist həmrəylik” və “femenist sülh” ideyalarının dəstəkçisi elan etmiş “Femenist Sülh Kollektivi” platforması “Total müharibə, blokada və hökmranlığa qarşı Qarabağla/Artsaxla həmrəy olmalıyıq” başlığı ilə bəyanat yayıb.
Platformanın sosial hesabında isə bu bəyanat Qarabağda/Artsaxda nə baş verir, hegemonluq nədir və Azərbaycan dövlətinə niyə lazımdır, həmrəylik vaxtıdır təqdimatları ilə verilib. Bu erməni təbliğatında istifadə olunan tezislərlə bağlı “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva QHT.az-a məlumat verib. O, qeyd edib ki, Erməni qaniçən vandalları tərəfindən 30 il məcburi köçkün həyatı yaşamağa məcbur edilən azərbaycanlıları, itgini, girovu, məşəqqətlə şəhid edilən qoca, uşaq qadın xəstə sakinləri, soyqırıma məruz qalan bizlərin vəziyyəti ilə əlaqəli niyə erməni feministləri sizlərlə həmrəy olmadı sualını verib: “Ona görə ki, bu illər ərzində siz feministlər zatən xarici qrantlarla yallanaraq dövlətə millətə düşmən kəsildiz. Sizdən fərqli olaraq erməni feministlər nə qədər yallansalar da öz qondarma millətinə arxa çevirmədi. Erməniyə bu qədər düşkünlük hardandır sizdə? Bu ermənipərəst bəyanata imza atanlar Azərbaycan torpaqlarının azadlığı uğrunda həlak olmuş şəhidlərin ruhunu təhqir edib, şəhid analarının heysiyyyatı ilə oynayıblar”.
Pərvanə Fərhadqızı












