Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə avqustun 18-i hemofiliyanın müasir müalicə və diaqnostikası sahəsində aparılan islahatlara dair Mətbuat Konfransı keçiriləcək.

Bu barədə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov QHT.az-a bildirib. O, qeyd edib ki, məqsəd, qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların müalicəsində dövlət səhiyyə qurumları tərəfindən aparılan islahatlar haqqında cəmiyyətə və mediyaya məlumat vermək və yaxın gələcəyə görüləcək əsas işləri pasiyentlərin nəzərinə çatdırmaqdır: “Nəzərinizə çatdırırıq ki, hemofiliyanın müalicəsinin müasir beynəlxalq standarlara uyğunlaşdırılması yönündə köklü islahatlara artıq bir neçə aydır başlanılıb və bu işdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası dövlət səhiyyə qurumlarının fəaliyyətində işlərin tez bir zamanda həll edilməsi üçün dəstəyini göstərir”.

Qeyd edək ki, mətbuat konfransında media və QHT nümayəndələri iştirak edəcək.

 

Pərvanə Fərhadqızı