Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova avqustun 29- da Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
QHT.az xəbər verir ki, qəbulda Sumqayıt şəhəri və Qubadlı rayonun sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq. Səyyar qəbulda sakinlərin ailə, qadın, uşaq və digər məsələlərlə əlaqədar problemləri dinləniləcək, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunacaq. Araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürüləcək.
Pərvanə Fərhadqızı












