Özünü Cənubi Qafqazda “femenist həmrəylik” və “femenist sülh” ideyalarının dəstəkçisi elan etmiş “Femenist Sülh Kollektivi” platforması “Total müharibə, blokada və hökmranlığa qarşı Qarabağla/Artsaxla həmrəy olmalıyıq” başlığı ilə bəyanat yayıb.

Platformanın sosial hesabında isə bu bəyanat Qarabağda/Artsaxda nə baş verir, hegemonluq nədir və Azərbaycan dövlətinə niyə lazımdır, həmrəylik vaxtıdır təqdimatları ilə verilib. Azərbaycan dövlətinin əleyhinə, Ermənistanın isə lehinə olan bu bəyanatla bağlı "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova QHT.az- a məlumat verib. O, qeyd edib ki, sülh prosesinə mane olan və bu proseslə bağlı müsbət istiqamətdə görülən işlərə birbaşa zərbə vura biləcək və həmçinin ermənilərin lehinə azərbaycanlı femenistlərin verdikləri belə bir bəyanat Şəhidlərimizin analarının, həyat yoldaşlarının, bacılarının və qız övladlarınn, həmçinin Azərbaycan qadınlarının onlarla eyni cincdən olmasına peşmançılıq hiss etdirir: “Verilən bəyanatı ailəmin qadın üzvləri və şəxsən öz adımdan pisləyirəm”

 

Pərvanə Fərhadqızı