“Femenist Sülh Kollektivi” platforması “Total müharibə, blokada və hökmranlığa qarşı Qarabağla/Artsaxla həmrəy olmalıyıq” başlığı ilə bəyanat yayıb. Bu bəyanat Qarabağda/Artsaxda nə baş verir, hegemonluq nədir və Azərbaycan dövlətinə niyə lazımdır, həmrəylik vaxtıdır təqdimatları ilə verilib.

Azərbaycan dövlətinin əleyhinə, Ermənistanın isə lehinə olan bu bəyanatla, erməni təbliğatında istifadə olunan tezislərlə bağlı "Hüquqi-Sosial Yardım və Maarifləndirmə" İctimai Birliyinin sədri Fariz Əkbərov QHT.az-a məlumat verib. O, qeyd edib ki, Ermənilərlərlə əlbir olan "feminstlər"çirkin niyyətlərini davam etdirmək üçün artıq bütün yollara əl atırlar: “Bu platforma vasitəsilə Azərbaycana qarşı bəyanat səsləndirilməsi ermənilərin növbəti təxribatçı əməllərindən əl çəkməməsinin göstəricisidir. Erməni çörəyi ilə qidalanan bəyanata imza atanlar torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin ruhunu, şəhid analarını təhqir edir. Bu bəyanata imza atan "feministlər" qanun qarşısında cavab verməli və məsuliyyətə cəlb olunmalıdırlar”.

 

Pərvanə Fərhadqızı