“Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyi 8 illik fəaliyyətinə dair hesabatını açıqlayıb.
QHT.az xəbər verir ki, bu barədə Birliyinin sədri Səadət Bayramova məlumat verib. Onun sözlərinə görə, 2017-ci ildə yaradılan Birlik bu müddətdə maarifləndirmə, tibbi dəstək, sosial yardım və dövlət-beynəlxalq əməkdaşlıq istiqamətlərində mühüm nəticələr əldə edib.
- Xüsusi Kistik Fibroz Mərkəzi yaradılıb, dərman təminatı və diaqnostikada irəliləyişlərə nail olunub.
- Xəstələrin əlillik statusu tanınıb, Ailə məktəbi formalaşdırılıb.
- Maarifləndirmə tədbirləri və ictimaiyyətin diqqətinin artırılması istiqamətində davamlı işlər aparılıb.
Birlik bildirib ki, maliyyə çətinliklərinə baxmayaraq, könüllülərin fədakarlığı və dövlət dəstəyi ilə xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Gələcəkdə hədəflər arasında geniş maarifləndirmə kampaniyaları, beynəlxalq əməkdaşlıqların gücləndirilməsi və yeni sosial layihələrin həyata keçirilməsi yer alır.






