ChatGPT alış-veriş platformasına çevrilir: “Instant Checkout” istifadəyə verildi.
QHT.az xəbər verir ki, OpenAI ABŞ-da yeni “Instant Checkout” funksiyasını istifadəyə verib. İndi istifadəçilər ChatGPT-dən çıxmadan məhsul axtarıb, seçib və Apple Pay, Google Pay və ya kartla birbaşa ödəniş edə biləcəklər. Hazırda xidmət Etsy ilə işləyir, tezliklə Shopify mağazalarında da tətbiq olunacaq.
Yenilik elan edildikdən sonra Etsy-nin səhmləri 13%, Shopify-ın isə 5% artıb. Ekspertlərə görə, bu addım ChatGPT-ni agent əsaslı kommersiya dövrünün mərkəzinə gətirir və alış-verişi bir neçə klikə endirir.
R.İmanov






