Müvəkkil Hüquq Mərkəzində könüllülük fəaliyyətinin daha sistemli və effektiv təşkili məqsədilə fəaliyyət sahələri müəyyən olunub.

Bu barədə Könüllülər Departamentin rəhbəri Cavid Vəkilov QHT.az -a bildirib. O yeni yaradılmış fəaliyyət sahələrini açıqlayıb:


Könüllülərin tədbirlərə yönləndirilməsi


– Media və ictimaiyyətlə əlaqələr


– Tədbirlərin təşkili


– Vikipediyaçılar qrupu

Müvafiq qərarla Müvəkkil Hüquq Mərkəzi Könüllülər Departamentinin baş məsləhətçisi, gənc ictimai fəal Cəfər Əliyev “Könüllülərin tədbirlərə yönləndirilməsi” üzrə koordinator təyin olunub.