“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” (MOAK IB) ictimai birliyi Azərbaycanda kasetli sursatlar probleminin miqyası və zərərçəkənlərin vəziyyətinin müzakirəsi məqsədilə Dəyirmi Masa tədbiri təşkil edib.

QHT.az xəbər verir ki, tədbir “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” layihəsi çərçivəsində, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihə rəhbəri Hafiz Səfixanov bildirib ki, kasetli silahlar hər birinin çəkisi 20 kiloqramdan az olan kiçik hərbi sursatları atmaq üçün nəzərdə tutulmuş silahlardır. Bu silahlardan zərər çəkmiş Azərbaycan, dünyada kasetli silahlardan əziyyət çəkən az saylı ölkələrdəndir. Onun sözlərinə görə, bütün hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparıldığı üçün ölkəmiz bu gün kasetli silahlarla çirklənmiş ərazilərdən biridir.

 

Pərvanə Fərhadqızı