Göyçay rayonunda yaşayan xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün Azerbaycan Respublikasinin Qeyri-Hokumət Təşkilatlarina Dovlət Agentliyinin maliyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Bacariqlarina sahib ol” layihəsini həyata keçirir. 2-ci təlimimiz bədii tikmə sənəti üzrə olub.

QHT.az xəbər verir ki, bədii tikmə üzrə ustamız Kubra xanım təlimlər əsasında benefisiarlara Azərbaycanda məişətdə populyar və geniş yayılmış bədii tikmə növləri haqqında: güləbətin, saya naxışlı bədii tikmə, təkəlduz, "quş gözü" texnikasında tikmə, metal muncuqlu tikiş, muncuqlu tikiş, basmanaxış, "düymələmə", qurama, spiral şəkilli tikiş və s haqqında məlumatlar vermişdir. 5 günlük təlimlərdə benefisiarlar maraqla bədii tikmə növlərini öyrənmişlər.

Layihənin sonunda xüsusi qayğıya ehtiyacı olan şəxslərin  bacarıqlarından ibarət sərgidə onlar öz əl işlərini nümayiş etdirəcəklər.