"2026-cı ildə İşsizlikdən Sığorta Fondu işsizliyə görə ödənişlər üçün 28 milyon manat ayıracaq ki, bu da 2025-ci illə müqayisədə 65% çoxdur. Bu vəsaiti əmək müqaviləsi ilə çalışan və müəssisə ləğv edildikdə, ştatlar ixtisar olunduqda, mülkiyyətçi dəyişdikdə və ya müqavilə müddəti bitdikdə işini itirən şəxslər ala biləcəklər".
QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, ödəniş almaq üçün vətəndaş əvvəlcə Məşğulluq Agentliyində və ya DOST mərkəzində işsiz kimi qeydiyyata düşməli, sonra isə tələb olunan sənədlərlə müraciət etməlidir. İşindən ixtisar və ləğv səbəbilə azad olunan şəxslər son 24 ayın ən azı 12 ayı, müqavilə müddəti bitənlər isə 36 ayın 24 ayı sığorta stajına malik olmalıdırlar:
"Ödəniş itirilmiş orta aylıq əməkhaqqının 50%-i məbləğində hesablanır və məbləğ hər uşağa görə 5% artırılır. Beləliklə, iş yerini qeyd olunan əsaslarla itirən vətəndaşlar rəsmi müraciət etməklə bu sığorta ödənişindən yararlana bilərlər".
Pərvanə Fərhadqızı






