Maykl Nirbas: Azərbaycan rayonlarının 87-sindən 61 –də ENEZARET platformasından geniş istifadə olunur.
Onlayn İctimai Nəzarət Platformasının (ENEZARET) 2 illik fəaliyyətinin yekunlarına dair tədbir keçirilib.
QHT.az xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru cənab Maykl Nirbas tədbir açılış nitqi ilə çıxış edib. Direktor qeyd edib ki, gənclərin bu platformada (https://enezaret.az/) fəal iştirakı təqdirəlayiqdir:
“İctimaiyyətə qayğı baxımından, narahat edən məsələlərlə bağlı gənclər birlikdə platformanın imkanlarından istifadə edərək, problemlər haqqında məlumatları çatdırmışdılar. Bu da təbii ki, dövlətin xidmətlərinin yaxşılaşdırılmasına xidmət edir.
Digər tərəfdən elektron nəzarət platformasının Bakının hüdudlarından kənara çıxaraq, coğrafi cəhətdən genişlənməsi də birlikdə qeyd edirik. Azərbaycan rayonlarının 87-sindən 61 –də bu platformasından geniş istifadə olunur.”
Maykl Nirbas həmçinin qeyd edib ki, 2 illik bir müddətdə bu böyük bir nailiyyətdir: “Təbii ki, iştirak edən dövlət qurumlarının burada fədakarlığı olmasaydı, layihə uğurlu olmazdı. Fürsətdən istifadə edib, dövlət qurumlarının nailiyyətlərini xüsusi olaraq qeyd etmək istəyirəm. Elektron Nəzarət Platformasında iştirak və bu iştirakın müqabilində məsuliyyətli davranma, gələn sorğuları cavab vermə göstəriciləri platformanı xarakterizə edən cəhətdir. Hər birinizi bu nailiyyətlə bağlı təbrik edirəm. Və bu nailiyyətlərin davamlı olmasını arzu edirəm ki, platforma daha uzunmüddətli olsun. Bu nailiyyətlərin gələcəkdə də davamlı olması üçün digər dövlət qurumlarını da elektron nəzarət platformasından istifadə etməyə dəvət edirəm".
Direktor MG Consulting şirkəti ilə yanaşı bu uğurlu layihədə tərəfdaş olan qurumları - İCNL, FHİ360 da qeyd edib.
Pərvanə Fərhadqızı












