Qadınların səlahiyyətləndirilməsi prinsiplərini qəbul etmək və bu prinsiplərə riayət etmək özəl şirkətlərin ölkələrin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səylərinə verdiyi töhfədir. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri söbəsinin müdir müavini Səbinə Talışinskaya QHT.az- a açıqlamasında bildirib ki, iş yerlərində gender bərabərliyinin təmin edilməsində özəl şirkətlərdə gender məsul şəxslərin təyin edilməsi və fəaliyyət göstərməsi mühüm rola malikdir.

Qeyd etmək lazımdır ki, BMT-nin daha bir təşəbbüsü olan Qadınların Səlahiyyətləndirilməsi Prinsipləri “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin artırılması” Layihəsi çərçivəsində Azərbaycanda təbliğ olunur. Layihə BMT-nin İnkişaf Proqramı tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq və İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində indiyədək Azərbaycanda 20 özəl şirkət Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərini qəbul edib.

 

Pərvanə Fərhadqızı