Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şura üzvlərinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin rəhbəri Kənan Əkpərov və onun komanda üzvləri ilə görüşü baş tutub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi yanında İctimai Şuranın sədri Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, əhaliyə göstərilən sosial xidmətlərin rəqəmsallaşması və bu istiqamətlərdə şəffaflığın təmin olunması ilə bağlı məsələlər müzakirə edilib: “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi rəsmiləri tərəfindən İctimai Şura üzvlərinə göstərilən xidmətlər barədə müvafiq təqdimat nümayiş edilib. Nazirliyin sistemində şəffaflığın və idarəetmədəki mütərəqqi yanaşmaların tətbiqi təqdirəlayiqdir”.
Pərvanə Fərhadqızı












