"ENEZARET Azərbaycan praktiasında unikal bir layihədir. Səciyyəvi xüsusiyətləri ilk növbədə öyrədən platformadır. Dövlət orqanı ilə necə kommunikasiya saxlaya bilər. Dövlət qurumu öyrənir ki, əks-əlaqə necə qurulmalıdır, xidmətlər yerində necə həyata keçirilir, vətəndaşla kommunikasiya qurur, bu onların işinə müsbət təsir edir".
Bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli Onlayn İctimai Nəzarət Platformasının (ENEZARET- enezaret.az) 2 illik fəaliyyətinin yekunlarına dair keçirilən tədbirdən sonra QHT.az- a açıqlamasında bildirib: "Effektiv, innovativ körpü olan bu platforma etibarlıdır. İnsanlar, dövlət qurumları bu körpü üzərində rahat hərəkət etməkdən çəkinmirlər. Əsasları möhkəm qurulub. Dövlət qurumlarının ENEZARET-ə gələn problemlərin həlli ilə bağlı yüksək nəticələr göstərməsi onların məsuliyyətindən xəbər verir. Yəni onlar ictimaiyyət qarşısında cavabdehliklərini görürlər".
Şura üzvü həmçinin qeyd edib ki, ENEZARET-in ən böyük faydası etimadın möhkəmlənməsidir: "Bu zaman hər şey həll olunacaq, heç bir problem də olmayacaq. Cəmiyyət dövlətinə inanacaq, Dövlət də cəmiyyətinə inanacaq, onu dəstəkləyəcək. ENEZARET buna böyük töhfə verir".
Pərvanə Fərhadqızı












