Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri, Milli QHT Forumunun İdarə Heyətinin üzvü Xatirə Vəliyeva QHT.az-a Böyük Qayıdışın əhəmiyyətindən danışıb.
O bildirib ki, Böyük Qayıdış prosesi yalnız yol və bina salmaqdan ibarət deyil, həm də həyatların və talelərin yenidən qurulması deməkdir:
“Bu prosesdə dövlətlə yanaşı, QHT-lərin rolu əvəzolunmazdır. Onlar təkcə sosial dəstək göstərmir, həm də ictimai körpü rolunu oynayaraq geri dönən ailələrin həyatına ümid, birlik və inkişaf gətirirlər”.
Xatirə Vəliyeva QHT-lərin fəaliyyət istiqamətlərini də açıqlayıb:
-
Sosial dəstək və reabilitasiya – köçkünlərin yeni həyata uyğunlaşması;
-
Təhsil və gənclər proqramları – savadlı və güclü nəsil üçün;
-
Mədəni irs və yaddaş – tariximizi və kimliyimizi qorumaq üçün;
-
Ekoloji təşəbbüslər – yaşıl və sağlam Qarabağ üçün;
-
İqtisadi inkişaf – iş yerləri və sahibkarlıq imkanları üçün;
-
İctimai nəzarət – şəffaflıq və hesabatlılıq üçün.
QHT sədrinin sözlərinə görə, Böyük Qayıdış yalnız dövlətin deyil, bütün cəmiyyətin işi və məsuliyyətidir:
“QHT-lər bu missiyanın önündə gedərək, novator təşəbbüsləri ilə qayıdışı daha dayanıqlı və ümidli edə bilərlər. Çünki Qarabağa qayıtmaq – sadəcə torpağa yox, həm də ümidə, birliyə və gələcəyə qayıtmaqdır”.
Pərvanə Fərhadqızı






