“Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin fərdi inkişafına və peşəkar bacarıqlarının artırılmasına dəstək məqsədilə təşkil olunan “Könüllülər üçün Yay Təcrübə Proqramı – 2025” layihəsi çərçivəsində təqdimatlar davam edir.

QHT.az xəbər verir ki, proqram çərçivəsində keçirilən növbəti görüşdə təlimçi-psixoloq Gülgün Rəsulova İsmayılzadə tərəfindən iştirakçılar üçün “Potensial labirinti” mövzusunda təlim təşkil olunub. Təlim iştirakçıların özlərini tanıma bacarıqlarını artırmaq, güclü tərəfləri və potensial bacarıqlarını aşkarlamaq, komanda işində öz rolunu anlamaq və bundan effektiv istifadə etmək, özünüinkişaf üçün praktiki metodlarlar öyrənmək imkanı yaradıb.

Xatırladaq ki, layihənin məqsədi gənclərə müxtəlif istiqamətlərdə - idarəetmə, layihələrin təşkili, ictimai fəaliyyət və kommunikasiya sahələrində real iş təcrübəsi qazandırmaq, onların gələcək peşə fəaliyyətinə töhfə verməkdir.