Azərbayacan Respublikasının Milli Məclisinə
Hörmətli deputatlar!
Yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin məbləginin vətandaşlarının real gəlirləri ilə uzlaşdırılmaması ciddi sosial narazılıq doğurur. Son dövrlər sürücülər arasında radarlar vasitəsi ilə tətbiq edilən cərimələrlə bağlı narazılıq çoxalıb. Problem Azərbaycanda milyonlarla vətandaşın, eləcə də onların ailələlərinin büdcəsinə mənfi təsir göstərir. Beləliklə məsələ ayrı-ayrı sürücülərin deyil, bütövlükdə cəmiyyətin sosial probleminə çevrilib. Bakı şəhərinin sanki cərimə meydançasına çevrilməsi ilə bağlı əhali arasında gəzən şayiələr həqiqəti olduğu kimi əks etdirir.
Vəziyyət o qədər gərgindir ki,ictimai narazılığın yarada biləcəyi fəsadları sözlə ifadə etməkdə çətinlik çəkirəm. Ayda 349 manat pensiya alan vətandaş avtomobilinə tətbiq edilən 90 manat cəriməni ödədikdən sonra ayı necə başa vuracağının stresi ilə necə yaşasın?
Radarlar və yüksək cərimələr sürücülər arasında gərginlik yaratmaqla yanaşı, vətəndaşları dövlətdən narazı salır. Bu məhdud gəlirlə yaşayan insanlar üçün ciddi maddi yük deyilmi? Yol hərəkəti təhlükəsizliyi vacibdir,lakin yerli-yersiz radarların yerləşdirilməsi, cərimələrin əsaslığı və məbləğlərin vətandaşların real gəlirləri ilə uyğunluğu da hərtərəfli araşdırılmalıdır.
Sürücülər xahiş və tələb edirlər ki, cərimələrin məbləği yenidən nəzərdən keçirilsin, bu problem Milli Məclisdə müzakirəyə çıxarılsın və cərimələrin vətandaşların real gəlirinə uyğunlaşdırılması istiqamətində yeni qanunvericilik təşəbbüsü irəli sürülsün. Bu müraciəti milyonlarla sürücünün sosial vəziyyəti və ictimai narazılığı nəzərə alınmaqla araşdırılmasını xahiş edirik.
“Mühit”Ekoloji MİB-nin sədri Əzizağa Hünbətəliyev












