Apple iPhone 18-dən imtina edir.

QHT.az xəbər verir ki, Apple 2026-cı ilin payızında ənənəvi iPhone 18 modelini təqdim etməyəcək. Şirkət premium modellərə fokuslanacaq və ilk qatlana bilən smartfonu iPhone Foldu təqdim edəcək.

Yeni seriya aşağıdakı modelləri əhatə edəcək:

  • iPhone 18 Air – nazik və yüngül əsas model

  • iPhone 18 Pro / Pro Max – təkmilləşdirilmiş kamera və A20 çipi

  • iPhone Fold – qatlana bilən, 7,8 düymlük daxili ekran, 2000–2500 dollar qiymət aralığı

2026-cı ilin yazında Apple iPhone SE xəttini əvəz edən iPhone 16e-nin varisi olan iPhone 17e-ni təqdim edəcək. Büdcəli iPhone 18 və 18e modelləri isə 2027-ci ilin yazına qədər təxirə salınıb. Apple-ın bu strategiyası premium seqmenti gücləndirmək və qatlana bilən bazarda rəqabət aparmaq məqsədi daşıyır.

 

R.İmanov