Ölkədə yeni ișsizlər ordusunun yaranma riskləri var. Azərbaycanda idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı struktur islahatları hökumətdə bəzi qurumların nazirliklərin, komitələrin, agentliklərin birləşdirilməsini və ya ləğvini nəzərdə tutur.

QHT.az xəbər verir ki, bu fikirləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib. Onun sözlərinə görə, özünü maliyyələşdirmə imkanları olan, təqribən 250-dək qurum saxlanılacaq, 300-ə qədər Publik Hüquqi Şəxs isə ya ləğv ediləcək, yaxud birləşdiriləcək:

"Bu prosesin start mərhələsi olaraq prezident sərəncamları ilə formalașdırılan bir neçə mərkəzin digər qurumlara birləșdirilməsi oldu.Artıq icra strukturlarında da ixtisarlara bașlanıb və bu dalğa bütün rayonlara sıçrayacaq. Son günlərdə Ağdaş Rayon İcra Hakimiyyətində 14, Tovuzda isə 43 əməkdaş ixtisara düşüb, onların çalışdığı dövlət qulluğu vəzifələri də ləğv edilib. Beləliklə təqribi hesabla yalnız icra hakimiyyəti orqanlarından 3-5 min nəfərin ixtisarı baș verəcək".

Onun sözlərinə görə, narahatedici məqam struktur islahatları zamanı ixtisara düşən işçilərin məşğulluq problemlərinin həllidir, illərlə səsləndirdiyimiz həyacan təbilinin səsləri eșidilməkdədir.

 

 

Pərvanə Fərhadqızı