Xəbərlər 05.06.2024 20:16 3532

SENSASİYA: Kremlin Bakıda hakimiyyət dəyişikliyi planı: məşhur generalımız son anda niyə “yox” deyib?

SSRİ DTK-nın sədri Kuryuçkov

Rusiyanın “Moskovskiy Komsomoleç” qəzetinin jurnalisti Mixail Rostovski Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin son sədri Vaqif Hüseynov haqqında sensasion iddia ilə çıxış edib.

QHT.az xəbər verir ki, o, SSRİ-nin 20 Yanvar qırğınından məhz Hüseynovu Azərbaycana rəhbər gətirmək üçün istifadə etdiyini bildirib.

“1990-cı ilin əvvəlində – Azərbaycanla ittifaq mərkəzi arasında münasibətləri həmişəlik dəyişdirəcək sovet qoşunlarının Bakıya yeridilməsindən əvvəl o zamankı respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-mayor Vaqif Hüseynov Moskvadan ölkəyə rəhbərlik etmək təklifi alır. Əgər həmin təklifə rədd cavabı verməsəydi, müasir Azərbaycan tarixi bəlkə tamam başqa ssenari üzrə gedə bilərdi”.

Vaqif Hüseynov

M.Rostovskinin sözlərinə görə, bu təklif Vaqif Hüseynova SSRİ DTK-nın sədri Kuryuçkov tərəfindən edilib. O, V.Hüseynovun bu təklifə əvvəlcə razılıq verdiyini bildirsə də, Moskvada SSRİ-nin rəhbəri Mixail Qorbaçovla görüşdən sonra fikrini dəyişdiyini yazıb:

“İndi heç kim heç vaxt bilməyəcək ki, Vaqif Hüseynov başqa qərar qəbul etsəydi nə olacaqdı. Vaqif Hüseynovla kontakt sayəsində formalaşmış instinktlərim deyir ki, Hüseynov döyüşçüdür. O, təslim etməz və təslim olmazdı. Cənubi Qafqazın 90-cı illərin birinci yarısındakı tarixi tamam fərqli olardı. Lakin baş tutmalı olan baş tutdu”.

Qeyd edək ki, Vaqif Hüseynov iyunun 4-də ölüb. O 1990-cı il 20 yanvar hadisələrinin təşkilatçılarından biri olduğu iddia edilərək həbs edilib. Lakin onun təqsiri sübuta yetirilə bilmədiyinə görə azadlığa buraxılıb. Bundan sonra Hüseynov Moskvaya sığınıb və Rusiya vətəndaşlığı alıb. Onun adı Azərbaycanda bir neçə siyasətçilərə qarşı sui-qəsdlərdə hallanıb. Azərbaycan onun ekstradisiyası üçün 90-cı illərdə Moskvaya müraciət etsə də, Yeltsin administrasiyası Vaqif Hüseynovu Bakıya verməkdən imtina edib. (globalinfo.az)

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı