Cənubi Ural Dövlət Universitetinin alimləri müəyyən ediblər ki, zərdab əsaslı içkilər hipoqlikemik xüsusiyyətlərə malikdir. Diabetes mellitus insulin ifrazının və ya fəaliyyətinin pozulması nəticəsində hiperqlikemiya ilə xarakterizə olunan metabolik xəstəlikdir və bu xəstələr qlükoza səviyyəsini tarazlaşdıracaq pəhrizə ehtiyac duyurlar. Protein hidrolizatları, xüsusilə heyvan mənşəli xammaldan əldə edilənlər, bu məqsədlə perspektivli hesab olunur.

QHT.az xəbər verir ki, alimlər propion turşusu bakteriyalarının iştirakı ilə heyvan mənşəli proteinləri qıcqırdaraq hipoqlikemik aktiv peptidlər əldə ediblər. Bu peptidlər, dipeptidil peptidaza-4 və α-amilaza fermentlərinin fəaliyyətini boğaraq qan şəkərinin səviyyəsini azaldır və antioksidant, antiinflamatuar, antimikrobiyal və immunomodulyator xüsusiyyətlərə malikdir.

Cənubi Ural Dövlət Tibb Universiteti ilə birgə aparılan tədqiqatlarda bu içkinin qan qlükoza səviyyəsini aşağı salmaq üçün optimal formulası modelləşdirilib və ilkin klinik sınaqlar uğurla başa çatdırılıb.

 

Pərvanə Fərhadqızı