Boeing tərəfindən hazırlanmış yeni CST-100 Starliner kosmik gəmisinin çoxdan gözlənilən ilk pilotlu buraxılışı baş tutdu.

QHT.az xəbər verir ki, uçuş NASA-nın rəsmi kanalında yayımlana bilər. Gəmi Canaveral burnundaki buraxılış meydançasından Atlas V daşıyıcısı ilə buraxılıb. Bu, kifayət qədər köhnə, lakin etibarlı raketdir. CST-100 özü daha əvvəl iki pilotsuz sınaq buraxılışını tamamlamışdı.

Gəminin göyərtəsində iki astronavt var - Butch Wilmore və Sunita Williams. Onlar tezliklə BKS-ə çatacaqlar və bununla da Beynəlxalq Kosmik Stansiyanın zəngin tarixində daha bir səhifə açacaqlar.

 

Pərvanə Fərhadqızı