Azərbaycan Prezidenti İlham Əliyev "Fox News” telekanalına müsahibəsində Zəngəzur dəhlizinin (TRIPP) heç kimə qarşı olmadığını və yeni beynəlxalq nəqliyyat marşrutu olduğunu bildirib.

QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov məlumat verir. Onun sözlərinə görə, dövlət başçısı vurğulayıb ki, dəhlizin istifadəyə verilməsi Azərbaycan-Ermənistan kommunikasiyalarının bərpası, Naxçıvanla əsas ərazilər arasında quru nəqliyyatının bərpası və iqtisadi əlaqələrin güclənməsi deməkdir:

"Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlislərinə inteqrasiya olunaraq yük daşımalarını artıracaq, Naxçıvanda biznesin inkişafına və məhsulların daha sürətli çatdırılmasına imkan yaradacaq. Eyni zamanda, dəhliz türk dünyasının birləşməsinə və regional iqtisadi inkişafın güclənməsinə töhfə verəcək".

 

Pərvanə Fərhadqızı