Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli ARB24-ə açıqlamasında bildirib ki, sülh sazişinin gələcəkdə imzalanması üçün maneə yarada biləcək halların qarşısının alınması nəzərdə tutulur.

Onun sözlərinə görə, bu proses çərçivəsində Ermənistan Respublikasının konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi də planlaşdırılır.

“Sülh sazişinə gedən yolda atılan addımları norma sayıram. Bu, Ermənistan tərəfindən hansısa humanitar jest deyil, İrəvan hökumətinin üzərinə götürdüyü bir öhdəlikdir. Əgər bu xəbərə inansaq, deməli, konkret addımlar atılmağa başlanıb”, – deyə R.İskəndərli vurğulayıb.

LİNK

 

Pərvanə Fərhadqızı