Putin Trampın zəif tərəflərini bilir və onlardan istifadə etməyə çalışacaq.
QHT.az xəbər verir ki, Rusiya lideri Vladimir Putin Alyaskada Donald Trampla görüşdə qonaqpərvər davranacaq, amma strategiyası Trampı Rusiyanın şərtlərinə razı salmaqdır. Sky News yazır ki, Putin detallardan xəbərdardır və rəqibinin məlumat çatışmazlığından istifadə edəcək. O, Trampın tez sülh istəyindən yararlanaraq ona güzəştlər görüntüsü yaratmaq və müxtəlif təkliflər etmək niyyətindədir – məsələn, Volodimir Zelenski ilə görüş vədi, nadir torpaq metalları və Arktikada layihələr.
Nümayəndə heyətində maliyyə və müdafiə nazirləri də iştirak edəcək, bu isə nüvə silahlarına nəzarət sazişinə ciddi yanaşdığını göstərir. NYT yazır ki, görüşün özü Putinin diplomatik qələbəsidir, Kremlə yaxın mənbə isə bəzi şərtlərin artıq razılaşdırıldığını bildirir.
R.İmanov






