ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcəklər. Coğrafi baxımdan ABŞ ilə Rusiya arasında ən yaxın nöqtə hesab olunan Alyaska, həm simvolik, həm də strateji baxımdan mühüm mesaj kimi dəyərləndirilir.
QHT.az xəbər verir ki, “Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib ki, bu görüş sülh prosesində tarixi məqam kimi qiymətləndirilə bilər:
"Sülhə aparan tarixi məqamları izlədik. Bu proses Cənubi Qafqazda yeni dönəmin başlanğıcı olacaq. Tədricən bölgə rus əsarətindən, təpkisindən xilas olacaq. İstər Cənubdan, istərsə də Şimaldan dış qıcıyanların cəhdləri fayda verməyəcək. Üçtərəfli imzalanmış sənədlər həm ədalətli sülhə, həm də region dövlətləri ilə yanaşı bir çox nəhəng qüvvələrin iqtisadi-siyasi maraqlarının təmin edilməsinə şərait yaradacaq."
Əkrəm Bəydəmirli əlavə edib ki, bu kimi addımlar Türk dövlətləri arasında strateji hədəflər baxımından da yeni imkanlar yaradır:
"Rusiya və İran daxil olmaqla məlum mənbələrdən təxribatlar, təpkilər gözləniləndir. Sadəcə olaraq belə məqamlara hazır olmaq lazımdır."
Pərvanə Fərhadqızı






