11 ayın sosial göstəriciləri

QHT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2,7 milyona çatıb.

2019-cu ildə istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlara dair toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.

“E-sosial” portalı üzərindən pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə elektron arayışlar əldə etmək də mümkündür.    

Cari ilin 11 ayında portaldan 15,4 milyon dəfə istifadə olunub.