İyulun 28 - i Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyinin rəsmi müraciəti əsasında Azərbyacn Əlil Təşkilatları İttifaqına üzlüyə qəbul məsələsi bu gün növbəti iclasda müzakirəyə çıxarılıb.

QHT.az xəbər verir ki, üzlüyə qəbul məsələsi yekdilliklə qəbul edilib. Birlik bu gündən Azərbaycan Əlil Təşkilatları İttifaqına üzvdür. 

Qeyd edək ki, vərəmin təsirinə məruz qalmış insanların üzləşdikləri sosial problemlərin həlli istiqamətində fəaliyyət göstərən “Vərəmsiz Gələcəyə Doğru”İctimai Birliyi 2017- ci ildən etibarən bu sahədə xəstəliyə görə əlilliyin qiymətləndirilməsində, sosial müəssisələrə yerləşdirmədə, cəzaçəkmə müəssisələrindən azad olunumuş vərəmli pasientlərin üzləşdikləri sosial problemlərin həlli, keçmiş vərəm xəstəliyi olan şəxslərin müvafiq özünüməşğulluq fəaliyyətinə yönləndirmə istiqamətində bir çox nailiyyətlərə imza atmışdır.

 

Pərvanə Fəhadqızı