8-18 iyul 2023-cü il tarixlərində Avrasiya Əməkdaşlıq Fondunun Avropa İttifaqı tərəfindən maliyyələşdirilən proqramı çərçivəsində “Bakı Münaqişə Məktəbi 2023” həyata keçirilib.
QHT.az xəbər verir ki, Bakı Münaqişə Məktəbinin I günündə iştirakçılara “Münaqişə Məktəbi” və onun metodologiyası ilə bağlı məlumat verilib. Komanda qurulması, stereotiplər və tənqidi düşüncə mövzularında Namiq Abdullayev tərəfindən təlim sessiyaları keçirilib.
Qeyd edək ki, Münaqişə Məktəbi 14-24 avqust 2019-cu il tarixlərində Avrasiya Əməkdaşlıq Fondu (AƏF) tərəfindən Avropa İttifaqının “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu” (PeaCE) layihəsi çərçivəsində, Böyük Britaniyanın Konflikt, Sabitlik və Təhlükəsizlik Fondunun birgə maliyyə dəstəyi ilə keçirilib.
Pərvanə Fərhadqızı












