Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi tərəfindən “Qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə mübarizədə icma potensialının gücləndirilməsi” adlı layihəsinin icrası davam edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Fariz Əkbərov QHT.az-a bildirib ki, layihə Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur: “Layihə çərçivəsində “Qadınlara və uşaqlara qarşı zorakılığın mənfi təsirləri və zorakılıq hallarına qarşı hüquqi müdafiə - İcma üçün Bələdçi” çap edilib”.
Qeyd edək ki, “Qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə mübarizədə icma potensialının gücləndirilməsi” adlı layihə 2 ay müddətində, 2 rayonu- İsmayıllı və Zaqatala rayonlarını əhatə etməklə icra olunacaq. Layihənin əsas məqsədi qadınlara və uşaqlara qarşı zorakılıq hallarına və əməllərinə qarşı dözümsüz mühit və yanaşma, fərdlər və ictimaiyyət səviyyəsində ictimai müqavimət formalaşmasına nail olmaqdır.
Pərvanə Fərhadqızı












