20 aprel 2022-ci il tarixində Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi arasında 13.12.2021-ci ildə bağlanmış qarşılqlı əməkdaşlıq memorandumu barədə hesabat xarakterli dinləmələrlə bağlı ölkədə səfərdə olan BQXK nı Cenevrə Baş Ofisinin nümayəndə heyəti ilə dəyirmi masa görüşü keçirilmişdir.

 

 Görüşdə memorandum çərçivəsində görülmüş işlər,əldə olunan nəticələr,qaldırlımış problemlərin həlli yollar və eləcə də gələcək birgə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. 

 

Qeyd etmək lazımdır ki,hazırki memorandum , keçmiş məhkumların azadlığa buraxıldıqdan sonra üzləşdikləri konkret sosial xarakterli problemlərin həlli yolları ilə onların cəmiyyətə re-inteqrasiyası kimi ümumi məqsədin həyata keçirilməsi üçün VGDİB və BQXK arasındakı əməkdaşlıq şərtlərini müəyyən etsə də,tərəflərin qəbul etdiyi şərtlərə əsasən BQXK-nın mandatına aid olan digər kateqoriyaya daxil olan şəxslər də VGDİB nə yönləndirilə bilər.

 

Yüksək səviyyəli görüş məhsuldar keçmiş və tərəflər işgüzar söhbət əsnasında gələcək birgə fəaliyyət planlarına aid olacaq fəaliyyət məqamlarına toxunmuşlar.