Biz - Azərbaycan vətəndaş cəmiyyətinin fəall qadın üzvləri bütün ölkələrin rəhbərlərinə, dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, sıravi əsgərlərə və onların analarına, bütün sülhpərvər insanlara, dünyanın bütün qadın təşkilatlarına və hərəkatlarına Ukraynadakı müharibənin tezliklə başa çatması üçün hər cür səy göstərməyə çağıraraq, müraciət edirik.
Biz dinc əhalinin, xüsusilə qadın və uşaqların qətliamını pisləyir və qınayırıq.
Biz dinc şəhər və qəsəbələrin amansızcasına bombalanmasına, infrastrukturun, təbiətin, tarixi abidələrin və mədəni irsin dağıdılmasına etirazımızı bildiririk.
Biz hərbi əməliyyatlardan zərər çəkmiş şəhər və rayonların sakinlərinə humanitar yardım göstərilməsini təşkil etməyinizi xahiş edirik.
Biz Ukrayna ərazisində qanunsuz mövcud olan bütün silahlı birləşmələrin çıxarılmasını tələb edirik.
Biz yer üzündə sülhün bərqərar olmasını istəyir və hər kəsi bu istiqamətdə addım atmağa çağırırıq.
Silahlara nəzarət rejiminin məhv edilməsi və tamamilə yeni silah növlərinin meydana çıxması mülki əhali arasında böyük itkilərə və dağıntılara səbəb olur.
Ukrayna ərazisində nüvə eskalasiyası riski və atom elektrik stansiyalarının zədələnməsi bütün dünyada geridönməz nəticələrə və qlobal insan fəlakətinə səbəb ola bilər.
Rusiyaya qarşı sanksiyaların nəticələri bu ölkədə böhrana və günahsız vətəndaşlar üçün humanitar fəlakətə səbəb olacaq. Bu böhrandan ilk olaraq, qadınlar, qocalar və uşaqlar əziyyət çəkəcək.
Azərbaycan vətəndaşları, xüsusən də qadınlar müharibənin dəhşətlərini və ağrısını bilavasitə yaşayaraq bilir. Ermənistanla 30 ildən çox davam edən silahlı münaqişə xalqımıza böyük kədər gətirib. İtkilərimizi bərpa etmək onillər çəkəcək, lakin heç kim insan həyatını qaytara bilməyəcək.
Biz Azərbaycan qadınları bu faciələrin başqa xalqlar üçün təkrar olunmasını istəmirik. İstəmirik ki, analar oğullarını, ər və arvadlarını, uşaqlarını, valideynlərini itirsinlər.
Biz Ukrayna ilə Rusiya arasında ədalətli sülhün tərəfdarıyıq və buna nail olmaq üçün hər cür səy göstərməyə hazır olduğumuzu bəyan edirik.
Baki. Azərbaycan 11.03.2022
- Novella Cəfərova, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri
- Şəhla İsmayıl, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri
- Günel Səfərova - Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Vətəndaş” Tədqiqat və İnkişaf İB direktoru
- Arzu Abdullayeva, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Komitəsinin sədri
- Sacidə Abdulvahabova, Qadın Problemlərinin Tədqiqatları İttifaqının direktoru, professor
- İradə Bağırova - AMEA-nın şöbə müdiri, tarix elmləri doktoru, professor.
- Ruhəngiz Hüseynova, Qadın Arasinda Həmrəylik IB sədri
- Nəzmin Cəfərova, AMEA Rəyasət Heyəti Aparatının İnformasiya şöbəsinin baş mütəxəssisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru
- Dilarə Əfəndiyeva, Ermənistan və Azərbaycan arasında Vətəndaş Sülh Platformasının direktoru
- Mehriban Zeynalova, “Təmiz Dünya» Qadınlara Yardım İctimai birliyinin sədri
- Gülarə Nərimanova, İNSAN Sosial və Xeyriyyə Mərkəzinin direktoru
- Səbinə Ələkbərova Gənc Liderlərin Təhsil, Təlim və İnkişafı İctimai Birliyi
- Rəna Tairova, “Yuva” İB sədri
- Pərvanə Məmmədova, Azərbaycan Qadınlar Fondunun FemACT-ın sədri
- Leyla Cahangirova, Sülh Naminə Məcburi Köçkün Gənc Qadınlar İB sədr
- Sevinc Fədai, Qadın və Uşaqların Təhsilinə Dəstək QHT-nin sədri
- Larisa Efimovna Reyxrudel, Azərbaycan Yəhudi Qadınları Humanitar Assosiasiyasının sədri, BMT-nin Sülh səfiri.
- Gülnarə Seyidova, “Vətəndaş Cəmiyyətində Qadınlar” departamentinin sədri
- Kəmalə Ağazadə, Azərbaycan Uşaqlar Birliyinin sədri
- Nüşabə Məmmədova, Tomris tərəqqi naminə İB sədri
- Vüsalə Hüseynli, İslahatçı Qadınlar və İnnovasiyalar İB sədri
- Məleykə Əlizadə, Gəncə Regional Qadınlar Mərkəzinin sədri
- Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri
- Mehriban Məmmədova, Humanitar Tədqiqatlar İB sədri
- Şərqiyyə Dadaşova, “Regional Gender Mərkəzi” İB sədri
- Sevda Məmmədova, Sumqayıt Diskussiya Klubunun sədri
- Leyla Məmmədli, Azəri Gənclər Alyansının sədri












