Bu il Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzinin yaradılmasının 10 ili tamam olur. Bu münasibətlə UNEC-də inklüziv təhsilin inkişafına dair müzakirələr aparılıb.
QHT.az xəbər verir ki, Türkiyənin REKSEM təşkilatının rəhbəri və baş direktoru Seyfettin İşıkla keçirilən görüşdə UNEC-də əlilliyi olan gənclərlə işin və inklüziv təhsilin müasir tələblərə uyğun qurulmasının vacibliyi vurğulanıb. REKSEM təşkilatı Türkiyədə əlilliyi olan şəxslərin incəsənət vasitəsilə cəmiyyətə inteqrasiyasına töhfə verən tanınmış təşkilatlardan biridir.
UNEC-in rektoru Ədalət Muradov inklüziv təhsilin inkişafı istiqamətində görülən işlərin əhəmiyyətini qeyd edərək, bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.
Pərvanə Fərhadqızı












