QHT.az-ın aldığı son xəbərə görə, Kanadanın Toronto şəhərində silahlı hücum hadisəsi baş verib.
İlkin məlumata görə, 5 nəfər həyatını itirib.
Cinayətkarın kimliyi və ya motivi bəlli deyil.
Polis hələ də qurbanların ailələri ilə əlaqə saxlamağa çalışır. Onların şəxsiyyətləri ictimaiyyətə açıqlanmır.
Rəsmilər atışmaya nəyin səbəb olduğunu deməyib.
Qeyd edək ki, Toronto təhlükəsizlik üzrə ilk sıralarda olan şəhərlərdən hesab olunur.












