Pakistanın Bəlucistan əyalətində bazarda qaz balonunun partlaması nəticəsində azı 12 nəfər ölüb, 13 nəfər yaralanıb.
QHT.az xəbər verir ki, Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Lasbela bölgəsində bazarda qaz balonu partlayıb. Lasbela komissarının müavini Murad Xan Kasi partlayışla bağlı açıqlamasında ən azı 12 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını bildirib.
Balon doldurularkən partlayış baş verdiyini ifadə edən Kasi, partlayışın şiddəti nəticəsində yanğın baş verdiyini və alovun digər mağazalara keçdiyini əlavə etdi.
Yanğının böyüməsi ilə bazardakı digər balonların da partladığını deyən Kasi, 4 mağaza və park edilmiş 12 avtomobilin də yandığını açıqlayıb.












