Braziliyanın Rio-de-Janeyro şəhərindən havaya qalxan və ABŞ-ın Hyuston şəhərində eniş edən "United Airlines"-ə məxsus sərnişin təyyarəsinin turbulentliyə girməsi nəticəsində 2 sərnişin və 3 ekipaj üzvü yaralanıb.

 

QHT.az xəbər verir ki, Teksas ştatının Hyuston beynəlxalq hava limanına enən təyyarənin göyərtəsində olan 5 nəfər xəsarət alıb.

 

 

Qeyd edək ki, dünən ABŞ-ın Arizona ştatının Feniks şəhərindən 278 sərnişin və 10 ekipajla havaya qalxan "Hawaiian Airlines" təyyarəsi də havaya qalxdıqdan qısa müddət sonra turbulentliyə girib. Havay adalarının Honolulu şəhərindəki Daniel K. İnouye Beynəlxalq Hava Limanına enən təyyarədə 11-i ağır olmaqla 36 nəfər yaralanıb. Xəsarət alanlar arasında 14 aylıq körpə və bir uşağın olduğu bildirilib.

 

Digər tərəfdən təyyarə turbulentliyə girdiyi zaman bölgədə şiddətli fırtınanın təsirli olduğu açıqlanıb.