İngiltərə Bankı Kral Çarlzın təsviri olan yeni əskinasların dizaynlarını ictimaiyyətlə paylaşıb.

 

QHT.az xəbər verir ki, 5, 10, 20 və 50 sternlik əskinaslarda yeganə dəyişiklik portret olacaq. Hazırkı əskinaslarda sentyabr ayında vəfat edən keçmiş Britaniya monarxı Kraliça Yelizavetanın şəkli əks olunub.

 

Yeni əskinasların üz tərəfində və təhlükəsizlik üçün şəffaf saxlanılan çərçivə hissəsində Kral Çarlzın portreti əks olunacaq.

 

Qeyd edək ki, bu əskinaslar 2024-cü ilin ortalarından dövriyyəyə buraxıldıqdan sonra hazırkı əskinaslar da qüvvədə qalacaq.

 

Kralın portreti olan sikkələrin isə təxminən 20 il ərzində Kraliçanın portreti olan 27 milyard sikkə ilə birlikdə dövriyyədə olacağı bildirilir.

 

Gələn ildən müxtəlif nominallı yeni sikkələr tədricən dövriyyəyə daxil olacaq və zədələnmiş və ya köhnəlmiş köhnə sikkələri əvəz edəcək.