ABŞ-ın Tennessi ştatında duzlu su istehsal edən müəssisənin işçiləri insan ürəyi tapıblar.
Hadisə Tennessi ştatının Nashville şəhərində baş verib.
QHT.az xəbər verir ki, Tennessi Təhqiqat Bürosu, işçilərin ürəyi keçən cümə axşamı Nashvilledən təxminən 90 mil cənub-qərbdə, "McEwen" dövlət duz zavodunda tapdıqlarını söylədi. Açıqlamada "Ürəyin ilk müayinəsində yetkin bir kişiyə aid olduğu müəyyən olundu. Hadisənin anlaşılması üçün əlavə DNT testi ediləcək. İstintaq davam edir" - deyilib.












