ABŞ-da yaşayan 23 yaşlı Kloe Filds və onun sevgilisi, 24 yaşlı Kristian Zelada inanılmaz bir xilas hekayəsində baş rolları oynadılar.
QHT.az xəbər verir ki, Kloe və onun sevgilisi Kristian San Qabriel dağ silsiləsi ilə meşə mənzərəli "Angeles Crest" yolu ilə sürməyi çox sevirdilər.
Lakin son səfərlərində işlər gözlənilməz şəkildə baş verdi.
Avtomobil reklamlarında tez-tez fon kimi istifadə edilən məşhur yolda səyahətlərini davam etdirən cütlük, israrla səs siqnalı verərək arxalarında başqa bir avtomobilə yer açmaq üçün kənara çəkilməyə çalışıb. Lakin bu zaman onlar avtomobilin idarəetməsini itirərək uçuruma doğru sürükləndiklərini görüblər.
Maşın 90 metr uçurumdan aşağı yuvarlandıqdan sonra başıaşağı kanyona çırpılıb. Avtomobilin görüntüsü dəhşətli olda da, cütlük möcüzə nəticəsində sağ qalıb.
Tərs çevrilmiş avtomobildə sağ çıxan gənclər təhlükəsizlik kəmərlərini çıxararaq sürətlə çölə çıxıblar.
Bir-birinin halını yoxlayan cütlük yüngül xəsarətlər və əziklərdən başqa heç nə görmədikdə rahat nəfəs alıblar. Ancaq onları başqa bir problem gözləyirdi.
Yay idi və 40 dərəcə var idi havada. Onlar qəzaya uğramış avtomobilin içərisində telefonlarını axtarsalar da, tapa bilməyiblər.
Daha sonra Kloe telefonu tapmış və açmağa çalışarkən ekranda sürpriz mesaj peyda olub.
Onların kabusunu dəyişdirən bu mesaj "Apple"-ın toqquşma aşkarlama xüsusiyyətinin bir hissəsi idi. Yol-nəqliyyat hadisəsini aşkarlayan telefon təcili xidmətlə əlaqə saxlamışdır.
Telefon əhatə dairəsindən kənarda olsa belə, təcili yardım xidməti ilə əlaqə saxlamağa imkan verən proqram yer məlumatları və statuslarını səlahiyyətlilərə bildirməyə kömək edib. Yarım saatdan sonra xilasediciləri daşıyan helikopter gəlib və cütlüyü xilas edib.












