Dünya çempionatının finalından 2 gün keçsə də, Fransa prezidenti Emmanuel Makronun görüntüləri hələ də sosial media və müxalifətin dilindədir. Fransa lideri xüsusilə fərqlənməyə və diqqəti cəlb etməyə çalışmaqda ittiham olunur.

 

Qətərdə keçirilən 2022 FIFA Dünya Kubokunun finalında Argentina 3-3 bitən matçın penaltilər seriyasında Fransanı 4-2 hesabı ilə məğlub edərək çempion oldu.

 

Dünya çempionatında məğlub olan fransız futbolçular böyük kədər yaşayarkən, Lusail stadionunda matçı tribunadan izləyən Fransa prezidenti Emmanuel Makron meydançaya enərək fransız futbolçuları zorla qucaqlamağa çalışıb.

 

Final oyunundan 2 gün sonra sosial mediada hələ də Makronun fotoları görünür və Fransa liderinin dünya ölkələri və vətəndaşları qarşısında gülünc vəziyyətə düşdüyü hesab olunur. Bu isə fransız xalqının prezidentlərinə olan antipatiyalarının çoxalması deməkdir.